Manuel Noyer “Bavariya” ilə yeni müqavilə barədə razılığa gəlib.
İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberg məlumat yayıb. Mənbənin iddiasına görə, 40 yaşlı qapıçı müqaviləsini 2027-ci ilin yayına qədər uzadacaq. Tərəflər arasında tam razılıq əldə olunub və futbolçunun maaşında endirim olacaq.
Yeni müqavilənin mövsümün son ev oyunundan əvvəl açıqlanması gözlənilir.
Qeyd edək ki, Noyer 2011-ci ildən Münhen təmsilçisində çıxış edir. O, komanda ilə 13 dəfə Almaniya çempionu olub, 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.