AZ

“Braqa” Azərbaycanda oynayan hücumçu ilə maraqlanır 

“Turan-Tovuz”un hücumçusu Jo Batista karyerasını başqa ölkədə davam etdirə bilər.

İdmanxeber.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “Braqa” klubu futbolçu ilə maraqlanır. Xəbərdə 31 yaşlı hücumçunun komandanın əsas silahlarından biri olduğu vurğulanıb.

Bu səbəbdən də “Braqa”nın futbolçunu izlədiyi və yaxın vaxtlarda tərəflər arasında danışıqların başlayacağı iddia edilir. Xəbərdə Batista ilə Braziliya və Cənubi Koreya klublarının da maraqlandığı qeyd edilib.

Braziliyalı forvard cari mövsüm 34 oyunda çıxış edib. O, bu matçlarda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Tovuz təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Seçilən
12
idmanxeber.az

1Mənbələr