AZ

Tramp Venesuelanı ABŞ-ın “51-ci ştatı” kimi göstərən paylaşım edib

Truth Social şəbəkəsində yayılan görüntü diplomatik və siyasi müzakirələrə səbəb olub...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump sosial media platforması “Truth Social” hesabında Venesuelanı ABŞ-ın 51-ci ştatı kimi təsvir edən görüntü paylaşıb. Paylaşım qısa zamanda diqqət çəkərək geniş müzakirələrə səbəb olub.

Paylaşılan şəkildən görünür ki, Cənubi Amerikanın şimal hissəsini əks etdirən xəritədə Venesuela ərazisi ABŞ bayrağının rəngləri ilə işarələnib. Görüntüdəki vizual təqdimat ölkənin guya ABŞ tərkibinə daxil olduğu mesajını verir.

Şəkilin üzərində “51-ci ştat” ifadəsi qeyd olunub. Bu isə sosial mediada və beynəlxalq siyasi dairələrdə müxtəlif şərhlərə yol açıb.

Hazırda Ağ Ev və ABŞ administrasiyasının digər rəsmi qurumları bu paylaşımın məzmunu ilə bağlı əlavə açıqlama verməyib. Ekspertlər isə bu cür paylaşımların bəzən siyasi mesaj, bəzən isə ictimai reaksiyanı ölçmək məqsədi daşıya biləcəyini bildirirlər.

Qeyd edək ki, Donald Trampın xarici siyasət və beynəlxalq münasibətlərlə bağlı sosial media paylaşımları əvvəllər də tez-tez geniş rezonans doğurub və müzakirələrə səbəb olub.

Poliqon.info

Seçilən
92
1
poliqon.info

2Mənbələr