AZ

İran Hörmüz boğazındakı raket obyektlərinin əksəriyyətini bərpa edib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Hörmüz boğazı bölgəsindəki raket obyektlərinin və yeraltı hərbi komplekslərinin əksəriyyətinə yenidən əməliyyat imkanı qazanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “The New York Times” qapalı kəşfiyyat məlumatlarına istinadla məlumat verib.

ABŞ kəşfiyyatının məlumatına görə, Tehran 33 raket obyektindən 30-nun fəaliyyətini bərpa edib. Həmçinin, İranın yeraltı raket infrastrukturu təxminən 90% səviyyəsində tam və ya qismən işlək vəziyyətdədir.

Məlumatda, bu obyektlərin buraxılış platformaları, silah anbarları və yeraltı komplekslər olduğu qeyd edilir. Qərb mənbələrinin qiymətləndirməsinə görə, bu obyektlər son dövrlərdə regionda baş verən zərbələr və hərbi əməliyyatlar nəticəsində zədələnmişdi.

Xəbərin dərcindən sonra ABŞ Prezidenti Donald Tramp media qurumlarını sərt tənqid edib. O, sosial şəbəkədə yazıb ki, İranda əldə edilən uğurlarla bağlı xəbərlər yalandır və Tehrana fayda verir. “Saxta xəbərlər İranda uğur qazanıldığını yazanda, bu demək olar ki, xəyanətdir. Onlar düşmənə kömək edir və İrana yalnış ümid verir,” – deyə Tramp bildirib.

Amerika mediasındakı xəbərdən sonra İsraildə də mövzuya münasibət bildirilib. 14-cü kanalın beynəlxalq şöbə rəhbəri qeyd edib ki, ABŞ və İsrail kəşfiyyat xidmətləri vəziyyəti tam olaraq izləyir və hər hansı yeni hərbi əməliyyat baş verərsə, məlumatlardan istifadə edə bilərlər.

Verilən məlumata görə, Vaşinqton Ormuz boğazında İranın hərbi infrastrukturunun bərpasını diqqətlə izləməyə davam edir. Bu bölgə dünya neft ticarəti üçün əsas marşrutlardan biri hesab olunur.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
88
bizimyol.info

1Mənbələr