İranın paytaxtı Tehran şəhərində zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar mayın 12-də günorta saatlarında qeydə alınıb.
Qeyd edilib ki, zəlzələ Tehranın müxtəlif rayonlarında hiss olunub, lakin xəbərin yayıldığı vaxt təkanların maqnitudası və episentri barədə əlavə təfərrüatlar təqdim edilməyib.