AZ

​Nəsrin Cavadzadə iddialı danışdı

Türk kinosunun tanınmış simalarından olan Nəsrin Cavadzadə yeni layihəsiylə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. Aktrisa hazırda üzərində işlədikləri “Daha 17” serialının çox maraqlı olduğunu bildirib.Metbuat.az xəbər verir ki, Cavadzadə yerli mediaya açıqlamasında “Çox gözəl bir ssenarimiz var” ifadəsini işlədərək, çəkilişləri Bodrumda aparılan yeni ekran əsərinin həm süjet xətti, həm də aktyor heyəti baxımından güclü olacağını vurğulayıb. Onun sözlərinə görə, layihə tamaşaçılara fərqli bir atmosfer və daha dərin emosional xətt təqdim etməyi hədəfləyir. “Çox maraqlı, baxımlı serial olacaq. Hər kəs bizi izləyəcək”, - sənətçi belə deyib. Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Pərəstişkarları yeni layihəni səbirsizliklə gözlədiklərini bildiriblər.

Qeyd edək ki, Nəsrin Cavadzade son illərdə rol aldığı serial və filmlərlə həm Türkiyədə, həm də Azərbaycanda maraqla izlənilir.

Seçilən
37
metbuat.az

1Mənbələr