AZ

“TÜRKLƏR BU GÜN AÇIRLAR... Mirzoyan Paşinyanın qulağına pıçıldadı və ölkə qarşıdı + VİDEO

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə ölkənin baş naziri Nikol Paşinyan arasında keçirilən qısa pıçıltılı dialoq canlı yayım zamanı mikrofonlara düşüb və ölkədə geniş müzakirəyə səbəb olub. 

“AzPolitika”nın Ermənistan mediasına istinadən yaydığı məlumata görə, hadisə Paşinyanın İrəvanda keçirdiyi seçkiqabağı tədbir zamanı baş verib.

Yayılan səs yazısında Mirzoyanın Paşinyana “Türklər bu gün açırlar. Bir “xoş gəldin” mətni, XİN-in mətbuat katibindən şərh hazırlayaq” dediyi eşidilir. Nazir danışdığı anda Paşinyanın əvvəlcə sinəsində yerləşən mikrofonu əli ilə bağlamağa çalışdığı, daha sonra isə həmkarına mikrofonun açıq olduğunu bildirdiyi görünür.

Məsələ ilə bağlı sonradan açıqlama verən Paşinyan söhbətin Türkiyədən Ermənistana məhsul ixracı prosedurlarında edilən dəyişikliklə əlaqəli olduğunu deyib. Onun sözlərinə görə, indiyədək Türkiyə sənədlərində Ermənistan birbaşa ixrac ölkəsi kimi göstərilmədiyi üçün mallar əvvəlcə üçüncü ölkəyə göndərilmiş kimi rəsmiləşdirilir, daha sonra isə Ermənistana yenidən ixrac olunurdu.

Baş nazir bildirib ki, yeni qaydalara əsasən artıq Türkiyə tərəfi sənədlərdə Ermənistanı birbaşa təyinat ölkəsi kimi qeyd etməyə icazə verir.

Paşinyanın bu izahına baxmayaraq, sözügedən səs yazısı sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər arasında müxtəlif müzakirələrə yol açıb.

“AzPolitika.info”

pic.twitter.com/wAz4sPvCcH

— Newsfeed (@Newsfeed883920) May 12, 2026

pic.twitter.com/wAz4sPvCcH

— Newsfeed (@Newsfeed883920) May 12, 2026 Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
azpolitika.info

1Mənbələr