Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyənin reytinqli layihələrindən olan "Uzak Şehir" serialında tamaşaçıları gözlənilməz yeniliklər gözləyir. Mövsüm finalına hazırlaşan ekran işində əsas obrazlardan birinin hekayə ilə vidalaşacağı iddia olunur.Demokrat.az xəbər verir ki, serialda Şahin Alabora obrazına həyat verən Alper Çankayanın layihədən ayrılacağı bildirilir. Jurnalist Birsen Altuntaşın yaydığı məlumata görə, hər hansı plan dəyişikliyi olmazsa, aktyor öz istəyi ilə komandadan uzaqlaşacaq.Məlumata əsasən, ekran işi 63-cü bölümlə mövsüm finalına çıxacaq. Ssenaridə edilən köklü dəyişikliklər çərçivəsində Şahin obrazının hekayəsinə tamamilə son qoyulacaq.Təkcə Alper Çankaya deyil, serialın digər bir siması da yollarını ayırır. Boran obrazını canlandıran Burç Kümbetlioğlunun da mövsüm bitmədən layihəni tərk edəcəyi vurğulanır. Bu ayrılıqların süjet xəttinə necə təsir edəcəyi isə hələlik sirr olaraq qalır.Qeyd edək ki, Tekirdağ doğumlu olan 34 yaşlı Alper Çankaya bu vaxta qədər "Vatanım Sensin", "Baba" və "Biz Kimden Kaçıyorduk Anne" kimi tanınmış layihələrdə müxtəlif rollar ifa edib.Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.