Cəmiyyətdə geniş yayılmış "gündə bir qədəh şərab sağlamlığa xeyirdir" fikri əslində böyük yanlışlıqdır.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tanınmış narkoloq Andrey Tyurin bu populyar mifi alt-üst edib.
Ekspert bildirib ki, heç bir ciddi elmi araşdırma gündəlik az miqdarda şərab qəbulunun tamamilə ayıq qalmaqdan daha faydalı olduğunu sübut etməyib.
Əksinə, hər gün bir qədəh şərabla dincəlmək vərdişi insan orqanizminə ciddi zərbə vurur.
"Bu vərdiş fərq edilmədən yaddaşı zəiflədir, diqqət konsentrasiyasını azaldır. Eyni zamanda qaraciyər, mədəaltı vəzi, ürək və sinir sisteminə ciddi ziyan vurur", - deyə həkim xəbərdarlıq edib.