Bu gün minlərlə israilli ivrit dilində təhdid mesajları alıb.
Publika.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.
Bildirilib ki, mesajları göndərənlər özlərini İranla əlaqəli şəxslər kimi təqdim edərək, vətəndaşlardan İranla əməkdaşlıq etmələrini tələb ediblər.
İsrailin Milli Kibertəhlükəsizlik Təşkilatı qeyd edib ki, bu mesajların məqsədi cəmiyyətdə qorxu yaratmaq və eyni zamanda şəxsi məlumatları toplamaq olub.