AZ

Braziliyalı futbolçuya təklif yoxdur

“Atalanta”nın baş direktoru Luka Perkassi Ederson üçün hələ heç bir rəsmi təklif almadıqlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə,n braziliyalı yarımmüdafiəçi ilə maraqlanan komandalar çoxdur, amma hazırda transferlə bağlı konkret danışmaq tezdir.

Daha əvvəl “Mançester Yunayted”,  “Arsenal” və “Atletiko”nun 26 yaşlı futbolçunu heyətinə qatmaq istədiyi yazılmışdı.

Ederson bu mövsüm 40 oyunda 3 qol vurub və 2 assist edib.

Seçilən
30
idmanxeber.az

1Mənbələr