AZ

Azərbaycan xarici siyasətini milli maraqlar üzərində qurur” Deputat

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Dünyada Azərbaycan kimi ikinci bir ölkə yoxdur ki, öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etsin, on minlərlə köçkünün qayıdışını təmin etsin, geniş bərpa-quruculuq işləri aparsın. Bütün bunlar onu göstərir ki, Azərbaycan həqiqətən Qarabağın sahibidir”.

525.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən  “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib. 

O bildirib ki, həmin ərazilərə hər il 4 milyarddan çox vəsait ayrılır ki, ərazilər bərpa olunsun, ora sülh qayıtsın, sabitlik qayıtsın və region inkişaf etsin. 

Deputat deyib ki, regionda bir sıra proseslər cərəyan edir, bir neçə həftədən sonra Ermənistanda parlament seçkiləri keçiriləcək: “Fikrimcə bu parlament seçkiləri Ermənistan üçün  çox böyük bir şansdır.

Bu seçkilərdə Ermənistanin yeni vizyonu formalaşacaq. Ermənistan özünü sülh tərəfdarı kimi göstərsə də, bu ölkənin daxilində sülhə qarşı olan qüvvələr var. Digər tərəfdən, Avropa Parlamenti və bir sıra digər qurumlarda erməni lobbisinin təsiri ilə Azərbaycan əaleyhinə əsassız qətnamələr qəbul edilir. Bəzi xarici qüvvələr, xarici ölkələr Cənubi Qafqazı nəzarətdə saxlamaq istəyirlər.

Bunun başlıca səbəbi Cənubi Qafqazın inkişafıdır. Həmin qüvvələr regiondatəsir imlanlarını gücləndirməyə çalışırlar”. 

Deputat bildirib ki, Azərbaycan dünyada baş verən müharibələr fonunda sabitliyi qoruyan ölkədir: “Azərbaycan özünü çox inamlı aparır, yeni layihələr, yeni təşəbbüslər, o cümlədən yaşıl energetika sahəsində layihələr həyata keçirir. Azərbaycan özünü çox inamlı aparır, öz xarici siyasətini milli maraqlar üzərində qurur”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
525.az

1Mənbələr