AZ

“EFES – 2026” təlimində tapşırıqlar uğurla icra olunub

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.

Təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Seçilən
73
19
azerbaijan-news.az

10Mənbələr