AZ

Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən "EFES - 2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib. Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb. Qeyd edək ki, Azərbaycanın hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Seçilən
85
19
buta.tv

10Mənbələr