AZ

İran hökuməti azərbaycanlı futbolçunun əmlaklarını müsadirə etdi

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran hökuməti azərbaycanlı futbolçunun əmlaklarını müsadirə etdi

İran hakimiyyəti yığmanın və "Bavariya"nın keçmiş yarımmüdafiəçisi Əli Kəriminin 6 əmlakını müsadirə edib.

QOL.az xəbər verir ki, bu haqda "Alarabiya News" məlumt yayıb. Məhkəmə 2 kommersiya və 4 yaşayış əmlakının dövlət xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib. Müsadirə məlumatları Mizan xəbər agentliyi tərəfindən dərc edilib.

Kərimi İrandan kənarda yaşayır və ölkənin hazırkı rəhbərliyini dəfələrlə tənqid edib. Keçmiş futbolçu sosial mediada hökumət əleyhinə etirazları dəstəkləyib və 1979-cu il İslam İnqilabından sonra devrilmiş monarxiyaya rəğbətini ifadə edib.

İran hakimiyyəti daha əvvəl bildirmişdi ki, milli təhlükəsizliyə təhdid hesab edilən şəxslər daxili etirazlar, İsrail və ABŞ-la münaqişənin kəskinləşməsi fonunda əmlak müsadirəsi illə üzləşə bilərlər.

Qeyd edək ki, Əli Kərimi əslən azərbaycanlıdır. Cənubi Azərbaycanda dünyaya gələn futbolçu karyerası ərzində İranın "Persepolis", Birləşmiş Ərəb Əmirliyinin "Əl-Əhli", Almaniyanın "Bavariya", Qətərin "Qətər" klubularında forma geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
qol.az

2Mənbələr