AZ

​“Rusiya Qafqaz dövlətidir…” Moskva Cənubi Qafqaza iddialarını “təzələyir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Rusiya sadəcə Qafqazla qonşu deyil, Qafqaz dövlətidir və Cənubi Qafqaz onun üçün həyati əhəmiyyət daşıyır". 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin “TASS” Agentliyinə verdiyi müsahibədə deyib.

Kaluqin Rusiyanın Cənubi Qafqazdakı maraqlarından qətiyyən imtina etmək fikrində omadığına və bu ərazinin öz nüfuz dairəsi hesab etdiyinə eyham vurub. 

Onun sözlərinə görə, Moskvanın marağı "regionu inkişaf etdirməkdə, onun iqtisadi potensialını açmaqda və orada sabitlik və sülh kəməri yaratmaqdadır": "Bizi regiondakı bütün dövlətlərlə ən yaxın tarixi və mədəni əlaqələr bağlayır. Cənubi Qafqazdakı hər bir ölkə üçün Rusiya əsas tərəfdaş və ya əsas ticarət tərəfdaşlarından biridir".

Azərbaycan mövzusunda da danışan diplomat deyib ki, 2020-ci ildə Vladimir Putin "Azərbaycan və Ermənistan arasında qan tökülməsinə son qoymaq üçün şəxsi səylər göstərib". 

Üstəlik, Kaluqin iddia edib ki, Azərbaycan və Ermənistan Moskvanın hazırladığı “yol xəritəsi” sayəsində sülh gündəliyini davam etdirir: “Proses artıq bir neçə mərhələdən keçib, lakin hələ də Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş razılaşmalar əsasında hazırlanan yol xəritəsinə uyğun olaraq davam edir”.

Kaluqin deyib ki, Moskva guya Cənubi Qafqazdakı silahlı münaqişələrə qarşıdır və blokadaların qaldırılmasını, regionda nəqliyyat əlaqələrinin inkişafını dəstəkləyir.

Artıq çoxdan yalan və saxtakarlıq üzərində qurulan Rusiya təbliğatının tezislərinin rusiyalı dilplomatlar tərəfindən səsləndirilməsi əlbəttə ki, bizim üçün yeni hal deyil. Lakin bu tezislərdəki yalanın “dozası” bəzən bütün əndazələri aşır. 

“Moskva Cənubi Qafqazdakı silahlı münaqişələrə qarşıdır” deyən Kaluqinin, əksinə, məhz Rusiyanın Cənubi Qafqazdakı münaqişələrin baş memarı və benefisiarı olduğunu bilməmiş deyil. 

Keçmiş Qarabağ, eləcə də hələ də həll olunmamış Cənubi Osetiya, Abxaziya münaqişələri, əsrlər boyu Qafqaz xalqlarını bir-birilə düşmən edib regionu bu yolla nəzarətdə saxlamaq siyasəti Rusiyanın regiondakı əsas “vizit kartı” olaraq qalır. Lakin Qafqaz xalqları böyük ölçüdə bu irtica, işğal siyasətini özləri üçün çoxdan çözüblər. 

Əgər Moskvanın marağı doğrudan da Kaluqinin dediyi kimi, "regionu inkişaf etdirməkdə və sabitlik, sülh kəməri yaratmaqdadır"sa, bunun üçün ən yaxşısı odur ki, region ölkələrinə, xüsusilə Azərbaycana qarşı öz mərkəzi kanallarında, Dumada, hakimiyyətə yaxın digər dairələrdə aparılan çirkin təbliğata, təxribatlara son qoysun. Emənistanda revanşist, qatı millətçi qüvvələri hakimiyyətə gətirib, iki ölkə arasında yeni qarşıdurma yaratmağa çalışmasın…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
80
azpolitika.info

1Mənbələr