AZ

Politico: Mersin populyarlığını bərpa cəhdləri onun əleyhinə işləyir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya kansleri Fridrix Mersin seçicilərlə görüşlər keçirərək populyarlığını bərpa etmək cəhdləri “əks nəticə verir” və onun problemlərini daha da dərinləşdirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.

Almaniyanın doğru istiqamətdə irəlilədiyinə vətəndaşları inandırmağa çalışan Mers ölkəboyu ictimai tədbirlərdə iştirak edir. Lakin məqalədə qeyd olunur ki, bu səfərlər “uğur qazandırmır”. Əksinə, kansler “öz problemlərini daha da artırır, tez-tez reallıqdan uzaq görünür və itirmə etimalı olmayan seçiciləri də özündən uzaqlaşdırır”.

Nəşr xüsusilə Zaltsvedel şəhərində vətəndaşlarla keçirilən görüşü xatırladır. Həmin görüşdə xərçəng xəstəsi olan bir qadın səhiyyə xərclərinin niyə azaldıldığını, federal nazirlərin isə guya maaşlarının artırılmasına çalışdıqlarını soruşub. Qadının nazirlərin maaşlarının artırılması ilə bağlı iddiaları əsasən həqiqəti əks etdirməsə də, Mersin “laqeyd və hissiyyatsız cavabı” ona qarşı ciddi tənqidlərə səbəb olub.

Mersin problemləri isə sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının xeyrinə işləyir. Sorğuların əksəriyyətinə görə, AfD populyarlıq baxımından hakim Xristian Demokrat İttifaqıni (CDU) qabaqlayır və sentyabrda keçmiş ADR ərazilərində keçiriləcək regional seçkilərdə tarixi yüksək nəticələr əldə edə bilər.

Məqalədə bildirilir ki, AfD-nin həmin seçkilərdə mümkün qələbəsi CDU və sosial-demokratlardan ibarət hakim koalisiyanın vəziyyətinə ciddi təsir göstərməsə də, uğursuzluğun əsas məsuliyyəti Mersin üzərinə düşəcək. Nəşr vurğulayır ki, “getdikcə daha populist xarakter alan siyasi mühitdə” Mersin özünü “xalq adamı” kimi təqdim etməsi çətinləşir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
bizimyol.info

1Mənbələr