AZ

Qaradağdakı yanğın məşhur şirkətin anbarından başlayıb AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Kontakt Home" şirkəti Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla bağlı açıqlama yayıb.Modern.az xəbər verir ki, "Kontakt Home" yanğının şirkətə məxsus anbarda baş verdiyini bildirib:

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər.

Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq", - "Kontakt Home" şirkəti bəyan edib.Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
modern.az

1Mənbələr