AZ

"Qarabağ" fransız futbolçu alır

Futbolçunun baş meneceri Yorqos İrakleus Kipr mətbuata açıqlamasında deyib ki, 25 yaşlı vinger “Qarabağ”la ilkin müqavilə imzalayıb: “Muaddib bir neçə ay əvvəl “Qarabağ”ın onunla maraqlandığını bizə demişdi. Amma buna baxmayaraq, sona qədər komandada qalmaq və mübarizə aparmaq istədiyini vurğuladı”.

Y. İrakleus futbolçunun transferindən maliyyə qazancı əldə edib-etməyəcəkləri ilə bağlı suala da münasibət bildirib: “Müqavilədə müəyyən maliyyə bəndi var. Amma biz komanda olaraq gələcək mövsüm üçün risk etmək istəmirik”.

“Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib ki, hansısa oyunçunun transferi yalnız rəsmiləşdikdən sonra ictimaiyyətə açıqlanır: “Ona görə də hazırda bu barədə hər hansı məlumat yoxdur”.

Qeyd edək ki, Jali Muaddib bu mövsüm “Omoniya”nın heyətində 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
54
4
azvision.az

5Mənbələr