AZ

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 may, AZƏRTAC

Tayvanın Taytunq qraflığı sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 14:53-də baş verib. Zəlzələnin episentri 23,27 dərəcə şimal enliyi və 121,49 dərəcə şərq uzunluğunda, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
3
azertag.az

4Mənbələr