AZ

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Tayvanın Taytunq qraflığı sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 14:53-də baş verib. Zəlzələnin episentri 23,27 dərəcə şimal enliyi və 121,49 dərəcə şərq uzunluğunda, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Seçilən
29
3
yeniazerbaycan.com

4Mənbələr