AZ

Şimali Koreya Ukrayna müharibəsindən sərvət qazanır Moskva Pxenyana 14 milyard dollar ödəyib...

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şimali Koreya Ukraynadakı müharibə sayəsində son üç ildə Rusiyaya hərbi dəstək verərək 14 milyard dollara yaxın vəsait əldə edib.

“AzPolitika” xəbər verir ki, bu şok rəqəmlər Yaponiya agentliyi “Nikkei” tərəfindən Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) hesabatına istinadən açıqlanıb. Məlumata görə, əldə olunan bu məbləğ faktiki olaraq Şimali Koreyanın (KNDR) illik Ümumi Daxili Məhsuluna (ÜDM) bərabərdir.

Cənubi Koreya Mərkəzi Bankının məlumatına görə, Ukraynadakı müharibə Şimali Koreya iqtisadiyyatına görünməmiş təkan verib. 2024-cü ildə ölkənin iqtisadi artımı 3,7 faiz təşkil edib ki, bu da son illərin ən yüksək göstəricisidir.

Gəlirlərin mənbəyinə gəldikdə, ilk sırada silah tədarükü yer alır. Pxenyanın Moskvaya reaktiv artilleriya sistemləri və təxminən 250 ədəd "KN-23" raketi satmaqla 7 milyarddan 13,8 milyard dollara qədər vəsait qazandığı ehtimal olunur. Bundan əlavə, təhlilçilərin fikrincə, Rusiya Şimali Koreya hərbçilərinin döyüşlərdə iştirakı üçün əlavə olaraq 600 milyon dollardan çox ödəniş edib.

Xatırladaq ki, Şimali Koreya hərbçilərinin cəbhəyə göndərilməsi 2024-cü ilin payızında məlum olub. Sonradan həm Moskva, həm də Pxenyan bu hərbçilərin Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşlərdə iştirakını təsdiqləyib.

Rəsmi dairələr Şimali Koreya kontingentinin itki verdiyini etiraf etsə də, rəqəmləri gizlədirlər. Lakin müstəqil araşdırmaçıların dolayı məlumatlarına görə, cəbhəyə göndərilən 10 mindən çox əsgərdən 2 min nəfəri öldürülüb. Hazırda Şimali Koreya hərbçilərinin bir hissəsinin hələ də Rusiya ərazisində qaldığı bildirilir.

Ekspertlər qeyd edirlər ki, beynəlxalq sanksiyalar altında boğulan Şimali Koreya üçün Ukrayna müharibəsi həm iqtisadi xilas yolu, həm də silahlarını real döyüş şəraitində sınaqdan keçirmək üçün bir meydançaya çevrilib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
azpolitika.info

1Mənbələr