AZ

Hindistan Rusiya qazına “yox” dedi Avropa ölkələri isə idxalı artırır

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hindistan ABŞ-nin sanksiyaları altına düşən Rusiya mayeləşdirilmiş təbii qazını (MTQ) qəbul etməkdən imtina edib.

“AzPolitika” bildirir ki, “Reuters” agentliyinin iki mənbəyə istinadən yaydığı məlumata görə, rəsmi Dehli Hörmüz boğazının bağlanması səbəbindən yaranan ciddi enerji qıtlığına baxmayaraq, bu addımı atmaq məcburiyyətində qalıb.

Məlumata görə, Rusiyanın sanksiyaya məruz qalan “Qazprom MTQ Portovaya” terminalından qaz yükləmiş “Kunpeng” tankeri hələ aprelin ortalarında Hindistana doğru yola düşmüşdü. Lakin rəsmi Dehlinin qəti mövqeyindən sonra gəmi Hindistan limanlarına daxil ola bilməyib.

Hazırda tankerin Sinqapur yaxınlığında lövbər saldığı bildirilir. Gəminin növbəti təyinat məntəqəsi və daşıdığı yükün taleyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Məsələnin təfərrüatları Rusiyanın energetika nazirinin müavini Pavel Sorokinin aprelin 30-da Dehliyə etdiyi səfər zamanı aydınlaşıb. Agentlik iddia edir ki, Hindistan rəsmiləri danışıqlar zamanı sanksiya tətbiq edilmiş MTQ-ni almaqdan imtina etdiklərini rusiyalı nazir müavininə birbaşa çatdırıblar.

Dehli sanksiya siyahısına düşməyən Rusiya qazını almağa maraqlıdır, lakin bu həcmdə olan məhsulun böyük hissəsi artıq Avropa və Çinə yönəldilib. Hindistandan fərqli olaraq, Çin həm sanksiyasız, həm də ABŞ-nin birbaşa sanksiyaları altında olan Rusiya qazını almağa davam edir.

"Financial Times" qəzetinin son hesabatına görə, maraqlıdır ki, bəzi Aİ ölkələri özlərinin sanksiya ritorikasına rəğmən, Rusiyadan MTQ idxalını artırmaqdadır. Ekspertlər hesab edir ki, Hörmüz boğazındakı gərginlik fonunda Hindistanın bu addımı onun ABŞ ilə olan strateji münasibətlərini qorumaq və maliyyə sanksiyalarından yayınmaq istəyindən irəli gəlir. Rəsmi Dehli enerji təhlükəsizliyi naminə belə, Vaşinqtonun "qırmızı xətlərini" keçməməyə çalışır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr