AZ

Avropa universitetləri beynəlmiləlləşməni daha geniş və strateji anlayış kimi qiymətləndirirlər Ədalət Muradov

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Avropa universitetləri beynəlmiləlləşməni daha geniş və strateji anlayış kimi qiymətləndirirlər. Burada əsas məsələ universitetin qlobal akademik ekosistemdə hansı mövqeyə malik olması, hansı tərəfdaşlıq şəbəkələrini qurması və necə fərqli institusional kimlik formalaşdırmasıdır. Dövlət, sənaye, məzunlar, beynəlxalq tərəfdaşlar, yerli icmalar və qlobal təşkilatlarla formalaşdırılan uzunmüddətli münasibətlər universitetlərin strateji kapitalına çevrilir”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, Avropa baxışına görə gələcəyin uğurlu universiteti qlobal görünən deyil, qlobal təsir yarada bilən universitet olacaq. Avropa universitetləri bu münasibətləri sadəcə əməkdaşlıq deyil, qarşılıqlı etimad və ortaq dəyər yaratmaq mexanizmi kimi qurmağa çalışırlar:

“Diqqət çəkən əsas məsələlərdən biri də universitetlərin öz rəqabət üstünlüyünü müəyyən etməsi idi. Ümumi yanaşmaya görə bütün universitetlər eyni model üzrə qlobal rəqabət aparmamalıdır. Əsas məsələ hər universitetin öz güclü tərəflərini, regional üstünlüklərini və strateji identikliyini müəyyən edərək fərqlənə bilməsidir. Bu baxımdan qlobal reputasiya imitasiya yolu ilə deyil, autentik institusional model qurmaqla formalaşır”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
525.az

1Mənbələr