AZ

Xaçmazda avtomobil piyadanı vuraraq öldürdü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün axşam saat 21:00 radələrində Gəndob-Yalama yolunun 22-ci kilometrliyində, Xaçmaz rayonunun Canaxır kəndi ərazisində qeydə alınıb.

Rayonun Qobuqırağı kənd sakini, 35 yaşlı Mübariz Tahirovun idarə etdiyi “VAZ-21104” markalı avtomobil yolu keçən həmkəndlisi, 60 yaşlı Tərlan Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
39
bizim.media

1Mənbələr