AZ

Paltaryuyandakı bu rejim bəzən paltarlara zərər verir: Səbəb nədir?

Paltaryuyan maşında “sürətli yuma” rejimi az çirklənmiş geyimlərin və yataq dəstlərinin tez təzələnməsi üçün rahat seçim hesab olunur. Lakin onun təmizləmə effektivliyi çirklənmə dərəcəsindən asılıdır.

Sürətli yuma rejimi həqiqətən işləyirmi?

Mütəxəssis Meri Qagliardi bildirir ki, nəticə paltaryuyan maşının növündən və texniki xüsusiyyətlərindən asılıdır.

Onun sözlərinə görə, bir çox istehsalçı bu rejimin müddətini azaltmaq üçün durulama dövrləri arasında yüksək sürətli sıxma mərhələlərindən bir qismini ləğv edir. Bu isə ümumilikdə təmizləmə gücünü zəiflədə bilər.

Nə zaman istifadə etmək olar?

Mütəxəssis qeyd edir ki, sürətli yuma rejimi az istifadə olunmuş, ciddi çirklənməyən əşyalar üçün uyğundur — məsələn, qonaq dəsmalları və ya qısa müddət istifadə edilmiş yataq dəstləri.

O, həmçinin isti su, az miqdarda yuyucu toz və mümkün olduqda əlavə durulama mərhələsindən istifadə etməyi tövsiyə edir.

Sürətli yuma həm də su və enerji sərfiyyatını azaldır, buna görə yüngül çirklənmiş əşyalar üçün praktik seçim sayılır.

Digər faydalı istifadə üsulu isə maşında unudulmuş və nəm qalan paltarların yenidən yuyulmasıdır. Bu halda əlavə yuma prosesi xoşagəlməz qoxunu aradan qaldıra bilər.

Nə zaman istifadə etməmək lazımdır?

Mütəxəssis vurğulayır ki, sürətli yuma rejimi hər zaman uyğun deyil. Əksər hallarda paltarlar düşündüyümüzdən daha çirkli olur və normal və ya intensiv yuma dövrü daha effektiv nəticə verir.

Çətin ləkələr olan geyimlər üçün isə xüsusi ləkə təmizləyicilər, uyğun halda ağardıcı və dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyə olunur.//Demokrat.az

Seçilən
117
musavat.com

1Mənbələr