AZ

Mbappe ev oyunlarını boykot edə bilər

ain.az bildirir, Qol.az portalına istinadən.

Mbappe ev oyunlarını boykot edə bilər

"Real"ın hücumçusu Kilian Mbappe mövsümün qalan hissəsində komandasının ev oyunlarında iştirak etməyi planlaşdırmır.

QOL.az xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, buna azarkeşlərin "Santyaqo Bernabeu" stadionunda futbolçunu mütəmadi olaraq fitə basması və ona qarşı nümayiş etdirilən kəskin etirazları səbəb  olub. 

Artıq ulduz forvard La Liqanın 35-ci turu çərçivəsində keçirilən "Barselona" ilə matçı (0:2) buraxıb. Rəsmi məlumata görə, fransalı oyunçunun aprelin 24-dən bəri zədəli olduğu və məşq zamanı ağrılar hiss etdiyi bildirilsə də, o, start heyətdə yer almayacağını öyrəndiyi üçün məşqi vaxtından əvvəl tərk edib. Klub forvardın heyətə qayıdacağı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, mövsümün sonuna qədər "Real" evdə "Oviedo" (14 may) və "Atletik" (23 may), səfərdə isə "Sevilya" (17 may) ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
qol.az

4Mənbələr