AZ

Hantaviruslu gəmi limana çatdı – təxliyə başlandı

İspaniyanın Tenerife şəhəri yaxınlığında lövbər atmış “MV Hondius” gəmisində yaxın təmas yolu ilə ötürülə bilən hantavirus ştammı aşkar edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, artıq 100-dən çox insanın karantində olduğu Tenerifedə sərnişinlər təxliyə olunur.

Bildirilir ki, gəmidə baş verən ilk ölüm hadisəsindən bir ay sonra “MV Hondius” Tenerife limanına çatıb. Gəmidə 23 ölkədən 140-dan çox insan - turistlər, heyət üzvləri və müşayiətçi mütəxəssislər var idi.

Bu ştamm And virusunun nadir bir ştammıdır. Hantavirusun bu variantı yaxın təmas yolu ilə insandan insana ötürülmə qabiliyyəti ilə xarakterizə olunur və mütəxəssislərin fikrincə, ölüm nisbəti 40%-ə çata bilər.

Qranadilla limanında təhlükəsizlik perimetri yaradılıb, hərbi və təcili yardım xidmətləri sahilə girişi məhdudlaşdırıb. Təxliyə gücləndirilmiş tədbirlərlə həyata keçirilib: insanlar qoruyucu geyimlər, maskalar və respiratorlar geyinmiş kiçik qruplar halında gəmidən yola salınıb və təyyarələrə minməzdən əvvəl uçuş-enmə zolağında xüsusi məhlul ilə dezinfeksiya olunublar.

“Röyters”in məlumatına görə, artıq 100-dən çox insan - sərnişinlər, heyət üzvləri və onlarla təmasda olanlar karantinə alınıb. Beynəlxalq təxliyə əməliyyatında 20-dən çox ölkə iştirak edir.

Musavat.com

Seçilən
71
musavat.com

1Mənbələr