AZ

“Barselona“ Hans Diter Flik ilə yeni müqavilə barədə razılığa gəlib

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya La Liqa "Barselona" klubu baş məşqçi Hans-Diter Flik ilə yeni müqavilə barədə razılıq əldə edib.

Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial media səhifəsində məlumat yayıb.

Mənbənin iddiasına görə, tərəflər arasında yeni sözləşmə yaxın günlərdə rəsmiləşdiriləcək. Müqavilənin müddəti 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub. Sənəddə əlavə bir illik uzatma bəndinin də yer aldığı bildirilib.

61 yaşlı almaniyalı mütəxəssis 2024-cü ilin yayından "Barselona"nı çalışdırır. Onun rəhbərliyi altında Kataloniya təmsilçisi iki dəfə İspaniya çempionu olub, həmçinin İspaniya Superkuboku və ölkə kubokunu qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
2
moderator.az

3Mənbələr