AZ

Böyük yaşıl Çin səddi

ain.az, Azvision saytına istinadən bildirir.

1950-ci illərdə Çində urbanizasiya başlayandan sonra səhranın böyüməsi daha da sürətləndi. Qum fırtınaları torpağı dağıdır və qumluğa çevirirdi. Bunun qarşısını almaq üçün 1978-ci ildə Çün xüsusi bioloji mühəndislik proqramına start verdi. “Böyük Yaşıl Sədd” adı ilə tanınan proqram 2050-ci ilə qədər Təklə-Məkan və Qobi səhralarının ətrafında milyardlarla ağacın əkilməsini nəzərdə tuturdu. Artıq proqram çərçivəsində 66 milyard ağac əkilib. Onların bəziləri hətta meyvə də verir. 2024-cü ildə Təklə-Məkanın bitkilərlə çevrələnməsi başa çatdı. Nəticədə səhranın böyüməsi dayandı və qum təpələrinin hərəkəti sabitləşdi. Ölkədə meşələrin sahəsi isə 1949-cu ildəki 10%-dən 25%-ə qədər yüksəldi. Hazırda Təklə-Məkanın ərazisi atmosferə buraxdığı karbon qazından daha çoxunu udur. Yəni səhra havanı təmizləyən sahəyə dönüb. Tariyel Həsənov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
3
azvision.az

4Mənbələr