AZ

Sabah Zirə finalına son iki gün 6500 ə yaxın bilet satıldı

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizon ölkə kubokunda final matçına cəmi iki gün qaldı. Bilindiyi kimi, "Palms Sports Arena"da keçiriləcək, saat 20.00-da start götürəcək qarşılaşmada "Sabah"la "Zirə" üz-üzə gələcək.Daha əvvəl oyun üçün 6 minə yaxın biletin satıldığını yazmışdıq. Bu yöndə ən son məlumatları öyrənmək məqsədilə yenidən PFL-in Media və marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:

“Bilet satışı ilə bağlı məsələlər tam nəzarətimizdədi. Satış mayın 4-də başlayıb. Klubların hər birinə 1500 bilet verilmişdi. Bununla yanaşı, əlavə bilet müraciətləri də oldu və bu yöndə də dəstəyimizi əsirgəmədik, təmin etdik. Biletlər "iticket.az" saytı, tətbiqi vasitəsilə satılır. Satışa 8161 bilet çıxarılmışdı. Onlardan 6500-ə yaxını artıq satılıb. Düşünürük ki, oyun gününə kimi qalan biletlər də satılacaq".

KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr