İraq neftini daşıyan tanker İranın koordinasiyası ilə Hörmüz boğazından keçib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata əsasən, “AGOIS FANOURIOS I” adlı VLCC tipli tanker bazar günü İran tərəfindən müəyyən edilmiş marşrut üzrə boğazdan keçib.
Qeyd olunub ki, İraq neftini daşıyan tanker hazırda Oman dənizindədir və Vyetnamın Naghi Son limanı istiqamətində hərəkət edir.