Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün Avropanın TOP5 liqalarında üç oyun var.
İdman.Biz xəbər verir ki, İngiltərə Premyerliqasında “Tottenhem” - “Lids”, İtaliya Seriya A-da “Napoli” - “Bolonya”, İspaniya La Liqasında isə “Rayo Valyekano” - “Jirona” matçları var.
Bundesliqada 33-cü turun oyunları 8-10 mayda başa çatıb, Fransa Liqa 1-də növbəti oyunlar 12 və 13 maya təyin olunub, Türkiyə Superliqasında isə növbəti matçlar 15-17 may tarixlərində keçiriləcək.
Çempionatın bitməsinə üç tur qalmış turnir cədvəlinin 17-ci sırasında olan “Tottenhem”ə (37 xal) bu oyunda qələbə çalmaq Premyerliqada qalmaq üçün çox əhəmiyyətlidir. Dünən “Vest Hem” (36 xal) “Arsenal”la oyunda xal itirib və 18-ci sıradadır.
Eyni vəziyyət “Jirona” üçün də keçərlidir. Hazırda 38 xalı olan komanda 17-ci pillədə qərar tutub və onu düşmə zonasından cəmi bir xal ayırır.
Bu gün keçiriləcək oyunların siyahısını və Bakı vaxtı ilə başlama saatlarını təqdim edirik:
İngiltərə Premyerliqası
23:00. “Tottenhem” - “Lids”
İspaniya La Liqası
23:00. “Rayo Valyekano” - “Jirona”
İtaliya Seriya A
22:45. “Napoli” - “Bolonya”
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.