AZ

Fabreqas “Komo” ilə tarix yazdı: ilk dəfə avrokuboka çıxdı

ain.az bildirir, Idman.biz portalına istinadən.

Futbol üzrə İtaliyanın “Komo” komandası klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, Sesk Fabreqasın rəhbərlik etdiyi komanda A Seriyasının 36-cı turunda səfərdə “Verona”nı 1:0 hesabı ilə məğlub edib. Görüşdə yeganə qolu 71-ci dəqiqədə Anastasios Duvikas vurub.

Bu nəticədən sonra “Komo” xalını 65-ə çatdırıb və turnir cədvəlində beşinci pilləyə yüksəlib. Komanda 64 xalı olan “Roma”nı bir xal qabaqlayır. Paytaxt təmsilçisi isə bir oyun az keçirib.

“Komo” eyni zamanda Çempionlar Liqasına vəsiqə şansını da saxlayır. Fabreqasın komandası dördüncü pillədən cəmi iki xal geri qalır. Bununla belə, klub artıq ən azı avrokubok zonasında qalmağı təmin edib.

Qeyd edək ki, Fabreqas “Komo”nun baş məşqçisi postuna 2024-cü ilin yayında gətirilib. Komanda ötən mövsüm İtaliya A Seriyasını 10-cu pillədə başa vurub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
icma.az

1Mənbələr