AZ

Belarus Avropa İttifaqı və Almaniya ilə dialoqa açıqdır - Sekreta

Belarus Avropa İttifaqı və xüsusən də Almaniya ilə münasibətlərindəki problemli düyünləri açmaq üçün dialoqa açıqdır.

"Ölkə.az" xəbər verir ki, bunu Belarus xarici işlər nazirinin müavini İqor Sekreta bildirib. 

Sekreta Almaniyanın "Berliner Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib ki, Belarus Almaniya ilə qarşılıqlı hörmətə əsaslanan dialoqu bərpa etməyə hazırdır.

"Bu, bizə təkcə ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə Avropa İttifaqı ilə problemli düyünləri açmağa imkan verəcək. İkinci Dünya Müharibəsi təcrübəsi gələcək nəsillərin başqa bir münaqişə ilə qarşılaşmaması üçün mümkün olan hər şeyin edilməsinin vacib olduğunu göstərir", XİN rəhbərinin müavini qeyd edib.

Elvin

Ölkə.az

Seçilən
37
2
olke.az

3Mənbələr