AZ

Gəncəli azarkeşləri sevindirəcək xəbər: “Kəpəz”də yeni sima

Mövsümün sonunda “Kəpəz” klubunda rəhbər dəyişikliyi baş verəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisini tanınmış azərbaycanlı sahibkarlardan biri himayəsinə götürəcək.

Hazırda klubun İdarə Heyətinin sədri vəzifəsini Adil Vəliyev icra edir. Son günlər isə onun futbol ilinin sonunda postundan ayrılacağı ilə bağlı xəbərlər gündəmdədir.

Yeni rəhbərin kimliyi hələlik açıqlanmasa da, onun ölkə daxilində tanınmış iş adamı olduğu bildirilir.

İddialara əsasən, tərəflər arasında müəyyən müzakirələr aparılıb və prosesin mövsüm başa çatdıqdan sonra rəsmiləşəcəyi gözlənilir.

Seçilən
74
idmanxeber.az

1Mənbələr