AZ

Xızı avtomobil aşdı, sürücü öldü

Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafa oğlunun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. pizza hut

Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Seçilən
52
6
yenisabah.az

10Mənbələr