Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafa oğlunun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.