“Real”ın hücumçusu Kilian Mbappe bu gün İspaniya La Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Barselona” ilə matçda oynamayacaq.
Msport.az xəbər verir ki, fransalı futbolçunun adı El klasiko üçün iştirak ərizəsinə daxil edilməyib.
Mbappe “Barsa” ilə oyunqabağı məşqlərdə iştirak edib.
Federiko Valverde ilə davaya görə 500 min avro cərimələnən Orelyen Çuameni oyunun sifariş ərizəsinə daxil edilib.
Qeyd edək ki, oyun bu gün saat 23:00-da “Kamp Nou”da keçiriləcək.