“Real”ın hücumçusu Kilian Mbappe bu gün İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə keçiriləcək matçda oynamayacaq.
QOL.az xəbər verir ki, zədəsini tam sağaltmayan fransalı futbolçunun adı "El klasiko" üçün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, oyun bu gün saat 23:00-da “Kamp Nou”da keçiriləcək.