AZ

Kadi Borgesdən Premyer Liqada əlamətdar qol

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.

Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb. Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur.

Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.

saytlarin hazirlanmasi

Seçilən
54
15
sportal.az

10Mənbələr