Kolumbiya millisinin üzvü Xames Rodriqes karyerasını bitirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Diario AS" yayıb.
Mənbənin məlumatına görə, ulduz futbolçu hətta hazırki klubu “Minnesota Yunayted” rəhbərliyini də niyyəti ilə bağlı məlumatlandırıb. 34 yaşlı futbolçu yaxın günlərdə sözügedən klubdan ayrılacaq. Baxmayaraq ki, onun müqaviləsinin müddətini daha altı ay uzadılması seçimi var. Rodriqes bu yay Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra karyerasını başa vuracaq.
Kolumbiyalı futbolçu bu mövsüm MLS-də cəmi altı oyun keçirib ki, bunlardan yalnız ikisində əsas heyətdə yer alıb. Yarımmüdafiəçi bu görüşlərlə heç nə ilə yadda qalmayıb.
Xatırladaq ki, Kolumbiya millisi DÇ-2026-da K qrupunda Özbəkistan, Konqo Demokratik Respublikası və Portuqaliya ilə oynayacaq.
Mirağa