Qilyermo Oçoa dünya çempionatından sonra karyerasını başa vuracaq.
QOL.az xəbər verir ki, jurnalist Fabritsio Romanonun yaydığı məlumata görə, Kiprin AEK klubunun qapıçısı Qilyermo Oçoa Meksika millisinin heyətində 2026-cı il dünya çempionatında iştirak edəcək. Bu, qolkiperin peşəkar karyerasında 6-cı mundial olacaq. 40 yaşlı qapıçı turnir başa çatdıqdan sonra futbolçu karyerasını yekunlaşdıracaq.
Xatırladaq ki, təcrübəli qapıçı indiyədək milli komandanın heyətində ümumilikdə 152 oyuna çıxıb və bu görüşlərdə 154 qol buraxıb.