Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Rusiya Prezidenti Putınin Ermənistanın Avrasıya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı açıqlamaları ciddi narahatlıq doğurur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan “Ermənistan” blokunun nümayəndələri ilə Vardenis sakinləri arasında keçirilən görüşdə bildirib.
O, regionun nə qədər sakininin Rusiyaya iş üçün getdiyinə dair sual verib.
"Çox", - deyə Vardenis sakinləri cavab veriblər. Köçəryan Rusiya Prezidentinin dünən Ermənistanın AİB-dən sivil şəkildə ayrılma ehtimalı ilə bağlı fikirlərini xatırladıb və qeyd edib ki, respublikanın AİB-dən çıxması Rusiyada dolanışıqlarını təmin edən bütün insanlar üçün ciddi problemlər yaradacaq.
"Görünür, Ermənistan hakimiyyəti əhalinin neçə faizinin bu və ya digər şəkildə Rusiyadan və AİB-dən asılı olduğunu başa düşmür. Təxminən 70 faizdir. Bu əhali risk altındadır və bunun niyə edildiyi bəlli deyil", - deyə Köçəryan qeyd edib.
Onun sözlərinə görə, Putinin mətbuat konfransı ciddi narahatlıq doğurur. O vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi müasir, güclü ordu, güclü müttəfiq və güclü lider tərəfindən təmin edilməlidir:
“Bu üç komponent təhlükəsizlik və iqtisadi inkişafa imkan verəcək. Çətinliklərin öhdəsindən gəlmək olar, 7 iyunda və 17 nömrə ilə (Köçəryanın namizəd olduu "Ermənistan" blokunun bülletendəki nömrəsi-red.), deyə Köçəryan xatırladıb.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.