AZ

Temperatur dəyişkənliyi və isti hava: Kimlər daha çox təsirlənir

Mütəxəssislər bildirirlər ki, insan orqanizmi üçün komfortlu temperatur 20-25 °C-dir. 25 °C-dən yuxarı temperatur artıq qeyri-komfortlu hesab olunur və isti hava kimi qiymətləndirilir.

Day.Az xəbər verir ki, ən çox təsirlənən qruplar ürək-damar xəstəlikləri olanlar, yaşlılar və uşaqlardır.

Bu dövrdə insanlar zəiflik, apatiya, baş ağrısı, təzyiq dəyişkənliyi, susuzluq və stress hiss edə bilərlər. Migreni olan şəxslər xüsusilə həssasdır.

Həkimlər tövsiyə edir ki, isti havada kifayət qədər su içilsin, təzyiq və nəbzə nəzarət edilsin, fiziki yüklənmələr azaldılsın və günəşdən qoruyucu krem (SPF) istifadə olunsun. Hava şəraiti mayın 9-10-da yağışlı olacaq və temperatur tədricən 15-25 °C arası dəyişəcək.

Seçilən
122
day.az

1Mənbələr