AZ

Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...



Zaqatalada silahlı insident olub. Hadisə bu gün saat 01:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
46
4
baki-xeber.com

10Mənbələr