AZ

Zaqatalada 39 yaşlı kişi güllələnib: Saxlanılan var - YENİLƏNİB

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

***

08.12

Zaqatalada güllələnmə hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

"Cebheinfo.az"

Seçilən
12
1
cebheinfo.az

10Mənbələr