AZ

Suares DÇ-2026-da oynamaq istəyir?

“İnter Mayami”nin 39 yaşlı hücumçusu Luis Suares 2026-cı il dünya çempionatında iştirak etmək üçün Uruqvay millisinin heyətinə qayıtmaq ehtimalını istisna etməyib.

Publika.az xəbər verir ki, 2024-cü ilin sentyabrında milli karyerasını başa vuran futbolçu bildirib ki, əgər yığma ona ehtiyac duysa, komandaya kömək etməyə hazırdır.

“Milli komanda mənə ehtiyac duysaydı, xüsusilə dünya çempionatı ərəfəsində ona kömək etməkdən heç vaxt imtina etməzdim. O vaxt yeni nəsilə yer verdim. Deməməli olduğum sözlər dedim. Üzr istəməli olduğum insanlardan artıq üzr istəmişəm”, – deyə Suares bildirib.

Dünya çempionatının qrup mərhələsində Uruqvay millisi İspaniya, Kabo-Verde və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Seçilən
83
50
publika.az

10Mənbələr