AZ

El Klasiko dan əvvəl Real Madrid azarkeşləri üçün şad xəbər

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe maraqla gözlənilən "El-Klasiko"da meydana çıxa bilər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Məlumata görə, mayın 8-də komanda ilə birlikdə məşqini yekunlaşdıran Mbappe böyük ehtimalla La Liqanın lideri olan "Barselona" ilə qarşıdakı matçda yaşıl meydanda mübarizə aparmağa hazır olacaq.

Xatırladaq ki, daha əvvəl Mbappenin sol ayağının əzələsindən zədə aldığı bildirilmişdi. Fransız hücumçu İspaniya çempionatının 32-ci turunda "Real Betis"lə keçirilən matçın (1:1) 81-ci dəqiqəsində əvəzlənmiş və o vaxtdan bəri iki qarşılaşmanı buraxmaq məcburiyyətində qalmışdı.

Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən "Real"ın şərəfini qoruyur. Onun əvvəlki klubu isə Fransanın "Pari Sen-Jermen" komandası olub. Cari mövsümdə bütün turnirlərdə ümumilikdə 41 oyun keçirən Mbappe 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
3
baku.ws

4Mənbələr