AZ

"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad xəbər

"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe maraqla gözlənilən "El-Klasiko"da meydana çıxa bilər.

AzNews.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Məlumata görə, mayın 8-də komanda ilə birlikdə məşqini yekunlaşdıran Mbappe böyük ehtimalla La Liqanın lideri olan "Barselona" ilə qarşıdakı matçda yaşıl meydanda mübarizə aparmağa hazır olacaq.

Xatırladaq ki, daha əvvəl Mbappenin sol ayağının əzələsindən zədə aldığı bildirilmişdi. Fransız hücumçu İspaniya çempionatının 32-ci turunda "Real Betis"lə keçirilən matçın (1:1) 81-ci dəqiqəsində əvəzlənmiş və o vaxtdan bəri iki qarşılaşmanı buraxmaq məcburiyyətində qalmışdı.

Seçilən
1
3
aznews.az

4Mənbələr